Modern.az

İtaliyalı senatordan Qarabağa görə Avropa Parlamentinə İTTİHAM

İtaliyalı senatordan Qarabağa görə Avropa Parlamentinə İTTİHAM

27 Aprel 2017, 14:10

"İstər Avropa Parlamentində, istər digər qurumlarda Azərbaycanın nailiyyətlərinə göz yumurlar, paxılıq edirlər. Onlar Dağlıq Qarabağın Azərbaycana qaytarılmasına daim maneçilik törədirlər.

Trend-in məlumatına görə, bunu italiyalı senator, Senatın xarici əlaqələr komitəsinin sabiq rəhbəri Fiorello Provera deyib.

O, diplomatik münasibətlərin 25 illiyi ilə yanaşı, iki ölkə arasında dostluq münasibətlərinin ildönümünün qeyd olunduğunu bildirib.

Senator qeyd edib ki, Azərbaycanın maraqlarını dəstəkləyən lobbi yaradılmalıdır:

"Senatorun sözlərinə görə, idman, mədəniyyət, gənclərarası, parlamentlərarası münasibətlərdə fəal işlər görülməlidir, təbliğat işi sürətləndirilməlidir".

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal