Modern.az

Ələt-Astara yolunda polis maşını "Mercedes"lə toqquşub, 2 ölü, 3 yaralı

Ələt-Astara yolunda polis maşını "Mercedes"lə toqquşub, 2 ölü, 3 yaralı

27 Aprel 2017, 14:15

Ələt-Astara yolunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə yolun Salyan rayonundan keçən hissəsində qeydə alınıb.

 

Məlumata görə, Məmmədyarov Natiq Mehdi oğlunun idarə etdiyi DYP maşını ötmə əməliyyatı zamanı qarşıdan gələn "Mercedes" markalı avtomobillə toqquşub.

 

Hadisə zamanı beş nəfərin xəsarət aldığı və Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirildikləri bildirilir.

 

Məlumata görə, xəsarət alanlardan ikisi xəstəxanada ölüb.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal