Modern.az

XİN-dən Məmmədyarov-Lavrov-Nalbandyan görüşü haqda AÇIQLAMA  

XİN-dən Məmmədyarov-Lavrov-Nalbandyan görüşü haqda AÇIQLAMA   

28 Aprel 2017, 15:48

28 aprel tarixində Moskvada Rusiya Federasiyası xarici işlər naziri Serqey Lavrovun təşəbbüsü və dəvəti əsasında Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirinin üçtərəfli görüşü keçirilib.

 

Bu haqda Modern.az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, görüşdə keçən il Vyana və Sankt-Peterburqda keçirilmiş görüşlər əsnasında Prezidentlər səviyyəsində aparılmış substantiv danışıqlar ətraflı müzakirə edilib.

 

Aparılmış üçtərəfli müzakirələrin nəticələri xarici işlər nazirləri tərəfindən aidiyyəti üzrə dövlət başçılarına məruzə ediləcək.

 

Namidə Bingöl

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI