Modern.az

Qalmaqallı şoumen yeni layihə ilə ekranlara qayıdır

Qalmaqallı şoumen yeni layihə ilə ekranlara qayıdır

Media

20 Aprel 2011, 20:06

Tanınmış teleaparıcı Kamran Həsənli yeni layihəsi ilə televiziya efirinə qayıdır. Şoumen əvvəllər işlədiyi “Space” telekanalında efirə çıxacaq “Kinokompaniya” adlı verilişini təqdim edəcək. Modern.az-ın məlumatına görə, K.Həsənli yeni layihəsinin kinoya həsr edildiyini bildirib. “Kinokompaniya” verilişi dünya və Azərbaycan kinosu haqqında yeni layihə kimi nəzərdə tutulub. Yaxın günlərdə verilişin ilk buraxılışı efirə veriləcək.
Qeyd edək ki,  K.Həsənli sonuncu dəfə ANS-də yayımlanan “Toylar kralı”nın aparıcı olaraq efirdə görünüb. Şoumen verilişlə bağlı yaranan qalmaqaldan sonra layihəni tərk etmişdi.

Modern.az 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi