Modern.az

Gənclərimiz Azərbaycanı daha da yüksəklərə qaldıracaqlar

“Gənclərimiz Azərbaycanı daha da yüksəklərə qaldıracaqlar”

1 May 2017, 14:50

Bu gün Milli Məclisin Gənclər və idman komitəsi, Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatı və YAP Gənclər Birliyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev milli parlamentarizmin banisidir: gənclərin gözü” ilə adlı dəyirmi masa keçirilib.


Tədbirdən öncə qonaqlar Parlamentin binası ilə yaxından tanış olub, Heydər Əliyevin abidəsi önünə çiçək düzüblər. Tədbir iştirakçıları həmçinin Heydər Əliyev Muzeyi ilə tanış olublar.


Daha sonra dəyirmi masada komitə sədri Fuad Muradov bildirib ki, belə bir tədbirin parlamentdə keçirilməsi çox böyük hadisədir. Onun sözlərinə görə, hər bir Azərbaycan gənci Heydər Əliyev  siyasətini həmişə dəstəkləyib:

“Hər bir gənc fəxr edir ki, Azərbaycan məhz əsası ulu öndər tərəfindən qoyulan siyasət nəticəsində nəhəng bir dövlətə çevrilib . Əminəm ki, bugünkü gənclər gələcək fəaliyyətləri ilə Azərbaycanı daha da yüksəkliklərə qaldıracaqlar. Bu gün gənclərimizin və idmançılarımızın qanunvericilik istiqamətində öz komitəsi var. Bunun özü böyük inkişaf deməkdir. Biz hər birimiz bu gələcəyi qorumağa borcluyuq”.


Daha sonra çıxış edən Yeni Azəraycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib ki, müasir Azərbaycan dövləti Heydər Əliyevin  əsəridir.

“Elə bir sahə yoxdur ki, orada ulu öndərin orada xeyir-duası olmasın. Azərbaycan Prezidenti İlham Əliyevin də söylədiyi kimi, müasir Azərbaycan dövləti ulu öndərin şah əsəridir”.

M. İbrahimqızı qeyd edib ki, 1993-cü ilin iyun ayının 15-də Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azəraycanda milli parlamentarizmin əsası qoyuldu:

“2005-ci ilə qədər Azərbaycan parlamentinin binası heç də yaxşı deyildi, bir çox məsələlərdə geri qalırdı. Lakin 2006-cı ildə 4 ay müddətində millət vəkilləri üçün gözəl şərait yaradılaraq, Azərbaycan parlamentinin binası pataxtın ən gözəl binalarından birinə çevrildi”.


Tədbirin davamında Heydər Əliyevə həsr olunan video-çarx təqdim edilib.


YAP GB-nin sədri Seymur Orucov çıxışında gənclərə Milli Məclisin binası ilə tanışlıq imkanı verildiyinə görə, parlament rəhbərliyinə təşəkkürünü bildirib:
“Əminəm ki bugünkü gün gənclərimizin xatirindən heç zaman silinməyəcək. Çünki bu gün gənclərimiz Milli Məclisin binası ilə tanış olmaqla yanaşı, buradakı iş prinsipi haqqında məlumatlandılar”.

Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ilk görüşlərindən birinin məhz gənclərlə olduğunu xatırladan S.Orucov qeyd edib ki, gənclər Azərbaycanın inkişafı, çiçəklənməsi üçün daim fəal olmalı, əllərindən gələni etməlidirlər.


Mirmahmud KAZIMOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama