Modern.az

Prorektor bıçaqlanma xəbərini təkzib etdi

Prorektor bıçaqlanma xəbərini təkzib etdi

Aktual

2 May 2017, 10:39

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasından tələbələrin bıçaqlanması xəbərinə aydınlıq gətirilib.

Akademiyanın prorektoru Yusif Babanlı Modern.az-a açıqlamasında məlumatın yalan olduğunu bildirib:

“Akademiyada belə bir hadisə baş verməyib. Əgər hadisə dərsdən sonra baş vermiş olsaydı belə, bizə rəsmi məlumat daxil olardı. Bu, tamamilə yanlış məlumatdır. Akademiyada heç bir bıçaqlanma hadisəsi baş verməyib”.

 

Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının ərazisinə 18-ci polis bölməsi baxır: “Məlumat səhvdir”.

Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis BölməsindənModern.az-a belə bir hadisə qeydə alınmadığı bildirilib.

Bu gün mediada yayılan məlumata görə, hadisə Nərimanov rayonunda, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının həyətində baş verib.

Belə ki, 1998-ci il təvəllüdlü Quliyev Mehram Dilavət oğlu tanışı ilə mübahisə edib. Nəticədə o, tanışı tərəfindən bıçaqlanıb. Xəsarət almış M.Quliyev xəstəxanaya yerləşdirilib.

Məlumatda M.Quliyevin Azərbaycan Tibb Universitetinin tələbəsi olduğu, faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparıldığı bildirilib.

 

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama