Modern.az

Güləşçilərimiz Avropa Çempionatında iştirak edəcək

Güləşçilərimiz Avropa Çempionatında iştirak edəcək

Aktual

2 May 2017, 11:13

2017-ci mayın 2-dən 7-nə qədər Serbiyanın Novı Sad şəhərində güləş üzrə Avropa çempionatı keçiriləcək.

 

Modern.az xəbər verir ki, çempionatda sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandamız mübarizə aparacaq. 

 

Avropa çempionatına yollanan heyətdə əsasən gənclərə yer verdiklərini bildirən yığma komandanın baş məşqçisi Firdovsi Umudov, əsas heyətin IV İslam Həmrəyliyi Oyunlarında mübarizə aparacağını qeyd edib. 

 

 

Belə ki, çempionatda sərbəst güləş üzrə yığma komandanın məşqçiləri Arif Abdullayev və Sadruddin Ayqubovun rəhbərliyi altında Georgi Edişeraşvili (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Gitinomaqomed Hacıyev (65 kq), Ruslan Dibirhacıyev (70 kq), Murad Süleymanov (74 kq), Aleksandr Qostiyev (86 kq), Aslanbek Alborov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) ölkəmizi təmsil edəcək. 

 

Avropa çempionatında yunan-roma güləşi üzrə kişilərdən ibarət yığma komandanın heyətində böyük məşqçi Akif Əliyev və məşqçi Nurəddin Rəcəbovun rəhbərliyi ilə Taleh Məmmədov (59 kq), Sənan Süleymanov (66 kq), Həsən Əliyev (71 kq), Ruhin Mikayılov (75 kq), Emin Əhmədov (80 kq), Arif Niftullayev (85 kq), Araz Həsənov (98 kq) və Oyan Nəzəriani (130 kq) çıxış edəcək.


Avropa çempionatına baş məşqçi Semyon Çterev və böyük məşqçi Aslan Ağayevin rəhbərliyi altında 7 qadın güləşçi yollanıb. Yarışda ölkəmizi Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Alyona Kolesnik (55 kq), Nataliya Sinişin (58 kq), Tatyana Omelçenko (60 kq), Elmira Qəmbərova (63 kq) və Elis Manolova (69 kq) təmsil edəcək. 


Görüşlərin idarə edilməsində ölkəmizi I-S kateqoriyalı hakim Hicran Şərifov təmsil edəcək. 

 

Məcid Əmirov

 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama