Modern.az

"Azərbaycan xalqı Türkiyəyə görə ayağa qalxmalıdır!" - ETİRAZ

"Azərbaycan xalqı Türkiyəyə görə ayağa qalxmalıdır!" - ETİRAZ

Aktual

2 May 2017, 13:00

“Mən bütün konsertlərimdə türkün gücünü göstərmişəm. Türkün qolu bükülməz, Türkün beli əyilməz. Türkiyə kimi bir dövlətı qarşı isə Avropa Şurası qərəz nümayiş etdirir”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin iclasında xalq artisti, deputat Zeynəb Xanlarova deyib. O bildirib ki, Azərbaycan parlamenti adından Avropa Şurasına müraciət ünvanlanmalıdır.


“Oqtay müəllim, xahiş edirəm ki, bunu edək”-deyə xalq artisti bildirib.


Zeynəb Xanlarova Azərbaycan xalqını da Türkiyə əleyhinə olan qərəz və ədalətsizliyə qarşı etiraza səsləyib.


“Bütün Azərbaycan xalqı ayağa qalxmalıdır, Türkiyə ilə bağlı ədalətsizliyə etiraz etməlidir. Biz Türkiyədən ayrı deyilik”-deyə o qeyd edib.




Aqşin Kərimov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama