Modern.az

34 il sonra doğma universitetdə: AzTU-nun vyetnamlı məzunları

34 il sonra doğma universitetdə: AzTU-nun vyetnamlı məzunları

Aktual

2 May 2017, 12:29

Azərbaycan Texniki Universitetinin (AzTU) 1983-cü ildə məzun olan vyetnamlı tələbələri doğma universitetlərində olublar.

 

Qonaqları qəbul edən universitetin rektor əvəzi Xalıq Yahudov  müasir AzTU haqqında geniş məlumat verib. 1978-1983-cü illərdə təhsil alan və sonradan öz ölkələrinə qayıdan qonaqlara doğma universitetlərini unutmadıqları üçün təşəkkür edən Xalıq Yahudov qeyd edib ki, AzTU-nun qapıları məzunlarının üzünə hər zaman açıqdır.

 

Daha sonra qonaqlar universitetlə bağlı xatirələrini yada salıb, AzTU-da öyrəndiklərindən, yiyələndikləri bilik, bacarıqlardan danışıblar. Söhbət zamanı qonaqlar bildiriblər ki, Azərbaycandan getdikdən sonra Vyetnamda öz aralarında bir qrup formalaşdıraraq mütəmadi görüşlər keçiriblər. Onlara mehriban, bir-birlərinə qarşı qayğıkeş olmağı öyrədən müəllimlərini heç vaxt unutmadıqlarını deyən məzunlar öz ölkələrində daima Azərbaycan mədəniyyətini təbliğ etdiklərini bildiriblər.

 

Daha sonra vyetnamlı məzunlar 34 il sonra doğma universitetlərini gəzib yaradılan yeni şəraitlə tanış olublar. Müxtəlif laboratoriyalara baxış keçirən məzunlar AzTU-nun təmirdən sonra da öz əsrarəngiz memarlığını saxladığını, bununla belə universitetin özündə böyük maddi-texniki  bazanın formalaşdığını vurğulayıblar.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama