Modern.az

Ermənistan əhalisi azalmaqda davam edir – STATİSTİKA

Ermənistan əhalisi azalmaqda davam edir – STATİSTİKA

Aktual

2 May 2017, 13:53

Ermənistan əhalisi 2017-ci il aprelin 1-i tarixi üçün 2 981,5 milyon nəfərdir.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu göstərici 2016-cı ilin analoji dövrü ilə müqayisədə 12,9 min nəfər azdır.

 

Ermənistan Statistika Xidməti il ərzində təbii artımın 500 nəfər, ölkəni tərk edənlərin sayının isə 5,1 min nəfər olduğunu açıqlayıb. Doğum 6,5% azalıb, ölüm halları isə 3,8% artıb.

 

Evlənən cütlüklərin sayı da analoji dövrdə 3826-dan 3544-ə düşüb, boşananların sayı isə 851-dən 972-yə yüksəlib.

 

Vüqar İSMAYILOV

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama