Modern.az

İslam Əməkdaşlıq Təşkilatının baş katibi Bakıya gəlir

İslam Əməkdaşlıq Təşkilatının baş katibi Bakıya gəlir

Aktual

2 May 2017, 15:14

Mayın 3-5 tarixlərində  İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Ahmed Əl-Otaimen Azərbaycanda rəsmi səfərdə olacaq.

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, səfər çərçivəsində katibi Yusif bin Ahmed Əl-Otaimenin 3 mayda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla  görüşü nəzərdə tutulub.

 

Görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama