Modern.az

Milli Məclisin Komitə sədri Ukraynaya gedir

Milli Məclisin Komitə sədri Ukraynaya gedir

Aktual

2 May 2017, 20:02

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov mayın 3-də Ukraynaya səfərə gedəcək. Milli Məclisdən Modern.az-a verilən məlumata görə, deputat Ukrayna parlamentində həmkarları ilə bir sıra görüşlər keçirəcək.

Görüşlərdə iki ölkə arasında parlament əlaqələrinin möhkəmləndirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişafı məsələləri müzakirə olunacaq, qanun yaradıcılığı sahəsində qarşılıqlı təcrübə və informasiya mübadiləsi aparılacaq.

Səfər mayın 4-də başa çatacaq.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama