Modern.az

Mingəçevirdə arvadının başını kəsən kişi tutulub

Mingəçevirdə arvadının başını kəsən kişi tutulub

3 May 2017, 10:48

Mingəçevir şəhərində arvadını amansızlıqla qətlə yetirən şəxs tutulub. APA-nın yerli bürosunun məlumatına görə, hadisə ötən gecə Mingəçevir şəhərinin Xətai küçəsindəki yaşayış binasında qeydə alınıb. Şəhər sakini Kənan Əzizov qısqanclıq zəminində aralarında baş verən ailə münaqişəsi zamanı həyat yoldaşı Əzizova Günel Yusif qızını bıçaqlayaraq qətlə yetirib.

 

Məlumata görə, iki uşaq anası Günel Əzizovanın bıçaqla başını kəsərək hadisə yerindən qaçan Kənan Əzizov polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində tapılaraq istintaqa təhvil verilib. Qətlin hansı səbəbdən törədildiyi hələlik  məlum deyil.

 

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama