Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşdə müzakirə olunacaq əsas məsələrə toxunub.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, ilk növbədə Suriya münaqişəsi gözdən keçiriləcək.
“Şübhəsiz ki, əsas müzakirə mövzusu Suriya olacaq. Toqquşmaların dayandırılması üçün çox iş görmüşük. Ümid edirəm ki, siyasi həllə nail ola biləcəyik. Danışıqların məhsuldar olacağını gözləyirəm”-deyə Ərdoğan deyib.
Ərdoğan ticarətdəki məhdudiyyətlərin də tam aradan qaldırılmasını da Putinə deyəcəyini əlavə edib.
“Putinə bir daha deyəcəm ki, bu prosesi sürətləndirmək lazımdır. Məhdudiyyətlər bürokratik maneəyə çevrilib”.
Vüqar İSMAYILOV