Modern.az

“Boko Haram”ın lideri yaralanıb

“Boko Haram”ın lideri yaralanıb

3 May 2017, 18:09

Nigeriyanın şimal-şərqində həyata keçirilən hava zərbələri nəticəsində “Boko Haram” təşkilatının lideri Əbubəkir Şekau yaralanıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə ölkənin təhlükəsizlik xidməti xəbər yayıb. Məlumata görə, Şekaunun müavini və bir neçə silahlı da aviazərbələrin qurbanı olub.

 

Nigeriya ordusu isə bu xəbərlə bağlı hələ məlumat yaymayıb.

Qeyd edək ki, daha əvvəl Ə.Şekau barəsində dəfələrlə ölüm xəbəri yayılmışdı.

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama