Bu gün saat 18:10 radələrində metronun “Gənclik” stansiyasının “Ganclik Mall” istiqamətindəki çıxışında insident yaşanıb.
Modern.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, insidentə səbəb polis əməkdaşının gənc oğlanı xidməti otağa aparması olub. Bu zaman gəncin yanında olan anası polisə müqavimət göstərib, oğlunun buraxılmasını tələb edib.
Polis səs-küy salan həmin xanımı da otağa aparıb. Hadisə yerinə çox sayda insan toplaşıb, stansiyanın çıxışında sıxlıq yaranıb. Daha sonra polis insanları ərazidən uzaqlaşdırıb. Hadisənin təfərrüatı barədə məlumat verilməyib.
Gülşən RAUFQIZI