Modern.az

Üç rayonun icra başçısı işdən çıxarıldı, iki rayona yeni başçı təyin edildi

Üç rayonun icra başçısı işdən çıxarıldı, iki rayona yeni başçı təyin edildi

21 Aprel 2011, 19:49

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev bir neçə rayonun icra başçısını işdən azad edib və yeni başçılar təyin edib.

Dövlət başçısının sərəncamları ilə Heydər Abasov Sabirabad rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən, Asif Məmmədov Balakən rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən, Nazim İsmayılov Şamaxı rayonu İcra Hakimiyyəti başçısı vəzifəsindən azad edilib.

Digər sərəncamlarla Nazim İsmayılov Sabirabad rayonu İcra Hakimiyyətinin başçısı, Asif Məmmədov Şamaxı rayonu İcra hakimiyyətinin başçısı təyin edilib.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?