Modern.az

Narkologiyadan imtahan verən həkimlərin cavabları açıqlandı

Narkologiyadan imtahan verən həkimlərin cavabları açıqlandı

22 Aprel 2011, 11:12

Səhiyyə Nazirliyinin mətbaut xidmətindən Modern.az-a verilən məlumata görə, nazirlik praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin növbəti sertifikasiya imtahanlarının nəticələrini açıqlayıb.

20.04.2011-ci il tarixində travmatologiya-ortopediya, narkologiya və genetika ixtisasları üzrə keçirilən imtahanlarda ümumilikdə 39 həkim iştirak edib. İştirakçılardan 1 həkim 100 bal toplayaraq ən yüksək nəticə göstəribr. Ümumilikdə isə imtahanlarda iştirak edən həkimlərdən 34 nəfər (87%) uğurlu nəticələr əldə edib.

Qeyd edək ki, növbəti test imtahanları gigiyena və ümumi cərrahiyyə ixtisasları üzrə 04.05.2011-ci il tarixində keçiriləcək.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?