Modern.az

Azərbaycanlı tələbələrdən icad – sürücülər sükan arxasında yuxulaya bilməyəcək

Azərbaycanlı tələbələrdən icad – sürücülər sükan arxasında yuxulaya bilməyəcək

Aktual

5 May 2017, 15:57

AzTU-nun SABAH qruplarının tələbələri ADA universitetində keçirilən «Seedstars World» adlı yarışda qalib gəliblər. İxtiraçılar universitetin «Kompüter mühəndisliyi» ixtisasının  IV kurs tələbələri  olan Şahin Xəlilov, Taleh Qurbanov, Alim Babazadə və İdrakƏsədbəylidən ibarət«Wake Me UP» adlı startap komandası ilə yarışa qatılıblar.

 

Modern.az xəbər verir ki, tələbələrin hazırladığı qeyri-adi eynəklər hər kəsin böyük marağına səbəb olub. Beləki gənc ixtiraçıların hazırladıqları eynək sürücünün yuxuya getməsini 3 saniyəərzində müəyyən edir və yuxudan ayılması üçün xəbərdarlıq siqnalı verir.

 

Qeyri-adi ixtiraları ilə qalib gələn komanda üzvləri hazırda bu layihənin həyata keçirilməsi üçün şirkətlər və iş adamları ilə görüşürlər.

 

Qeyd edək ki, AzTU tələbələrindən ibarət «Wake Me UP» komandası ölkəmizi Qazaxıstanda keçiriləcək regional və İsveçrədə baş tutacaq qlobal sammitdə təmsil edəcək.

 

Modern.az

 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama