Modern.az

Masallıda evində meyiti tapılan yaşlı qadın qətlə yetirilib - FOTOLAR

Masallıda evində meyiti tapılan yaşlı qadın qətlə yetirilib - FOTOLAR

Aktual

5 May 2017, 17:29

Masallıda evində meyiti tapılan yaşlı qadının qətlə yetirildiyi məlum olub.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin regional şöbəsinə aparılan meyitin müayinəsi başa çatıb. Ekspertizanın nəticələrinə əsasən, qadının bədənində 3 bıçaq xəsarəti aşkarlanıb.

Onun boynundan asılı olan pul kisəsi və barmağından qızıl üzüyü çıxarılaraq, oğurlanıb. Faktla bağlı araşdırma davam edir, hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama