Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, iki ölkənin Silahlı Qüvvələrinin birgə döyüş atışlı taktiki təlimləri bu gün sona çatıb. Modern.az Müdafiə nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, birgə təlimlərə 1000 nəfərədək şəxsi heyət qatılıb. Həmçinin, təlimlərdə 80-dək hərbi texnika, 60-dan çox artilleriya qurğuları və minaatanlar, Hərbi Hava Qüvvələrinin 12 ədəd döyüş (Mi-35) və nəqliyyat (Mi-17) helikopterləri, həmçinin hava hücumundan müdafiə və zenit-raket bölmələri iştirak edib.
Modern.az