DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində insan alverçisi yaxalanıb. DİN mətbuat xidmətinin məlumatına görə, Bakı şəhər sakini Rüxsarə Cavadova gəlir əldə etmək məqsədi ilə qadınları İran İslam Respublikasına aparıb cinsi istismara məruz qoyması faktı ilə əlaqədar tutulub. Araşdırma aparılır.
Modern.az