Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Reks Tillerson arasında telefon danışığı olub. Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, danışıqlar ABŞ tərəfinin təşəbbüsü ilə keçirilib.
Məlumata görə, bu dəfə də diqqət mərkəzində Suriya nizamlanması olub: “Mayın 3-4-də Astanada keçirilmiş beynəlxalq görüşdən sonra Suriyada gərginliyin azalması, atəşkəs rejiminin dayanıqlı rejimə keçirilməsi, terrora qarşı səylərin artırılması müzakirə olunub.
Qeyd edək ki, tərəflər həmçinin gələcək Rusiya-ABŞ təmasları barədə razılığa gəliblər.
Modern.az