Modern.az

Qaxda daşqın olub, evləri su basıb…

Qaxda daşqın olub, evləri su basıb…

Aktual

6 May 2017, 11:10

Mayın 5-dən 6-na keçən gecə Qax rayonu ərazisinə yağan güclü leysan yağışları Qapıçay çayını məcrasından çıxarıb.

Modern.az xəbər verir ki, rayon fövqəladə hallar komissiyasından bildiriblər ki, təbii fəlakət nəticəsində Marsan və Çüdülü kəndlərində bəzi evlərin həyətlərini su basıb, əkin sahələri su altında qalıb.

Hazırda rayon fövqəladə hallar komissiyası və aidiyyəti qurumlar təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində iş aparırlar.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama