Modern.az

Qadın piyadanı vuran biznesmen oğlunun xüsusi tərbiyə müəssisəsinə göndəriləcəyi vəd olundu

Qadın piyadanı vuran biznesmen oğlunun xüsusi tərbiyə müəssisəsinə göndəriləcəyi vəd olundu

Aktual

6 May 2017, 14:58

Bakı şəhər şəhər prokurorluğu da 3 may 2017-ci il tarixində Sabunçu rayonu ərazisində Porsche” markalı maşının yolu keçən qadın piyadanı vurması hadisəsi barədə məlumat yayıb.

Bakı şəhər şəhər prokurorluğundan Modern.az-a verilən məlumatda bildirilir ki, hadisəni törədən sürücü əvvəlcə hadisə yerindən qaçıb.

İki uşaq anası olan piyada X.Məmmədova aldığı bədən xəsarətlərindən 3 saylı şəhər kliniki xəstəxanasında vəfat edib.


Fakta görə Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin  263.2 və 264-cü maddələri ilə cinayət işi başlanıb.

Bakı şəhər şəhər prokurorluğunun məlumatına görə, həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Porsche” markalı 99-BS-999 dövlət nömrə nişanlı avtomobili idarə edən azyaşlı sürücü tərəfindən törədilməsi müəyyən edilib.


Qeyd edək ki, Porsche” markalı 99-BS-999 dövlət nömrə nişanlı avtomobillə sözügedən qəzanı iş adamı Füzuli Fərəcovun 16 yaşlı oğlu Ağaəli Fərcli törədib.

Bakı şəhər şəhər prokurorluğu bildirib ki, onun barəsində açılan cinayət işi Cinayət Məcəllənin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələrinə tövsif edilib.

Bildirlib ki, cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının cinayət qanunvericiliyində nəzərdə tutulmuş yaş həddinə çatmamış F.Fərəclinin   qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi barədə müvafiq tədbirlərin görülməsi təmin ediləcək.


Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs – Füzuli Fərəcov tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarə etmə hüququ olmayan şəxsə - azyaşlı oğluna verdiyinə görə barəsində İnzibati Xətalar Məcəlləsinin 335.3-cü maddəsində nəzərdə tutulan inzibati tənbeh tətbiq edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

 

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama