Modern.az

“Porsche” ilə adam vuran yeniyetmə icra başçısının qardaşı oğludur?

“Porsche” ilə adam vuran yeniyetmə icra başçısının qardaşı oğludur?

Aktual

6 May 2017, 16:30

Mətbuatda 99-BS-999 dövlət nömrə nişanlı “Porsche” avtomobili ilə  ölüm qəzası törətmiş 16 yaşlı Ağaəli Fərəcovun Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun qardaşı oğlu olması ilə bağlı məlumatlar yayılır.

Modern.az saytı xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətindən Musavat.com-a bildirilib ki, qəzanı törətmiş şəxsin, eləcə də onun atası, iş adamı Füzuli Fərəcovun Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla heç bir qohumluq əlaqəsi yoxdur. Yəni soyadlar eyni olsa da, qeyd olunan şəxslərin nəinki qohumluq, tanışlıqları da yoxdur.

Musavat.com onu da öyrənib ki, avto-qatilin atası Füzuli Fərəcov əslən Naxçıvandandır. Zakir Fərəcov isə kökəncə Laçındandır və onun Füzuli adlı qardaşı yoxdur. Füzuli Fərəcov bir vaxtlar qara metal alveri ilə məşğul olub və ciddi sərvət qazanıb.  Bəzi media quruluşlarındakı dostlarımız iddia edirlər ki, onun guya Zakir Fərəcovun qardaşı olması barədə məlumatları mətbuata Füzulu Fərəcov özü ötürür. Bununla da özünün guya hakimiyyətdə ciddi arxa-dayağının olması təəssüratını yaradır.

 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama