23 aprel UNESCO tərəfindən Ümumdünya Kitab və Müəlliflik Hüququ günü, 26 aprel isə Ümumdünya Əqli Mülkiyyət təşkilatı tərəfindən Beynəlxalq Əqli Mülkiyyət günü elan olunb. Müəllif Hüquqları Agentliyi (MHA) bu iki əlamətdar gün münasibəti ilə dəyirmi masa keçirib.
Tədbirdə MHA sədri Kamran İmanov, hökümət nümayəndələri, millət vəkilləri, QHT rəhbərləri və media təmsilçiləri iştrak edib. Modern.az saytı xəbər verir ki, tədbirdə giriş sözü ilə çıxış edən MHA-nin sədri K.İmanov bildirib ki, BMT-nin möhtəbətr təşkilatları tərəfindən bu günlərə verilən əhəmiyyət Azərbaycanda da dəstəklənir.
“Biz artıq 10 ildən çoxdu ki, bu əlamətdar tarixləri təntənə ilə qeyd edirik. Burada əsas məqsəd odur ki, əqli mülkiyyətin insan cəmiyyətində, informasiya cəmiyyətində, iqtisadiyyatda rolunu göstərmək, yaradıcılığın və yaradıcılara öz hörmətimizi diqqətlə çatdırmaqdır. Digər tərəfdən hüquqların təminatı ilə bağlı müəyyən addımlar atarır, xüsusən erməni plagiatlığına qarşı cəmiyyətimizə öz apardığımız işləri çatdırırıq. Azərbaycanda müəlliflik hüquqları qorunan bir obyekt kimi bizim bazamızda 8200-ə yaxın əsər qeydiyyatdan keçib. Burada müxtəlif növ əsərlər var. Bunlar kompüter proqramları, elmi əsərlər, ədəbiyyat və incəsənət əsərləri, kitablardır. Əsərləri qeydiyyata almağımızda məqsəd odur ki, qeydiyyatdan keçən əsər dövlət tərəfindən dəstək alsın. Qeydiyyatla bağlı ayda bizə 18-20 müraciət daxil olur”.
Erməni plagiatlığından danışan K.İmanov qeyd edib ki, artıq 200 ildən çoxdu ki ermənilər bizim dastanları, bayatıları, lətifələri, atalar sözləri, müsiqimizi , mətbəxtimizi, xörərəklərimizin adını, xalçalarımızı mənimsəyirlər.
“Ermənilər son zamanlar iddia edirlər ki, “Kitabi Dədə Qorqud”un hansısa fəsilləri ermənilər tərəfindən yazılıb, “Mömünə Xatün”ermənilər tərəfindən tiklib və hətta onu da iddia edirlər ki, Bakının tikilməsində də ermənilər iştirak ediblər. Ermənilərin oğruluğu həmişə olub, olur və çox güman ki,olacaq da...”.
K.İmanov Azərbaycan folklor nümunələrinin qorunması haqqında konvensiya qəbul etməsi üçün Ümumdünya Əqli Mülkiyyət Təşkilatına müraciət edəcəyini də bildirib. O qeyd edib ki, belə bir konvensiyanın qəbul olunması Azərbaycanın folklor nümunələrinin ermənilər tərəfindən mənimsənilməsinə qarşı mübarizə aparılmasına yardım edə bilər:
“Hazırda bütün dünyada folklor nümunələrinin müəlliflik hüququ yoxdur. Azərbaycan ilk dəfə olaraq “Folklor nümunələrinin qorunması haqqında” qanun qəbul edib. Biz çalışırıq ki, bu konvensiya qəbul edilməklə bütün dünya ölkələri öz üzərinə öhdəliklər götürsünlər”.
K.İmanov ermənilərin təkcə folklor nümunələrini deyil, müasir bəstəkarların əsərlərini də öz adlarına çıxdıqlarını söyləyib:
“Həmin bəstəkarların ailə üzvləri belə faktlar aşkarlayarsa, bizə müraciət etməli və biz bu məlumatları rəsmiləşdirib beynəlxalq təşkilatlara göndərilməliyik”.
Mail Ağaxanov