Modern.az

Qazaxda avtomobil piyadanı vurub

Qazaxda avtomobil piyadanı vurub

7 May 2017, 11:46

Bakı-Qazax magistral yolunda avtomobil piyadanı vurub.

 

Modern.az-ın istinadən məlumata görə, hadisə yolun Qazax rayonu Ağköynək kəndi ərazisində qeydə alınıb.

 

Qazax şəhər sakini 1951-ci il təvəllüdlü Mahmudova Südabə Mustafa qızı yolu keçən zaman avtomobil onu vurub. Müxtəlif xəsarətlər alan qadın xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama