Modern.az

Rəfiqə Əliyeva dəfn edilib

Rəfiqə Əliyeva dəfn edilib

7 May 2017, 19:50

Tanınmış alim, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, kimya elmləri doktoru, professor, əməkdar elm xadimi Rəfiqə Əliyeva dəfn edilib. Modern.az APA-ya istinadən xəbər verir ki, mərhum I Fəxri Xiyabanda dəfn edilib.

Qeyd edək ki, R. Əliyeva ilə vida mərasimi Azərbaycan Milli Elmlər Akademiyasının dairəvi zalında keçirilib.

Vida mərasimində Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, mərhumun ailə üzvləri, dövlət və hökumət rəsmiləri, millət vəkilləri, alimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Modern.az

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama