Modern.az

Nigeriyada 82 məktəbli qız əsirlikdən buraxılıb

Nigeriyada 82 məktəbli qız əsirlikdən buraxılıb

7 May 2017, 20:26

"Boko Haram" ekstremist qruplaşmasının silahlıları Nigeriyada 3 il bundan əvvəl Çibok şəhərində məktəbdən qaçırılmış 82 məktəbli qızı əsirlikdən azadlığa buraxıblar. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Nigeriya Rabitə Nazirliyinin mətbuat katibi Sequn Adeyemi açıqlama verib.

Daha əvvəl Nigeriya prezidenti Məhəmməd Buxari deyib ki, hökumət əsirlikdə qalanların azad edilməsi barədə danışıqlar aparır.

Qeyd edək ki, 20144-cü il aprel ayının 14-də "Boko Haram" silahlıları Çibok şəhərində məktəbdən 276 məktəbli qızı qaçırıblar. Onlarda 57-si silahlıların əlindən qaça bilib.

 

Modern.az

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama