Modern.az

Somalidə terror qruplaşmasının lideri məhv edilib

Somalidə terror qruplaşmasının lideri məhv edilib

7 May 2017, 20:52

Somalidə “Əş-Şəbab” terror qruplaşmasının lideri Abdi Badip məhv edilib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Somali hökumətinin yaydığı açıqlamada bildirilir.

Məlumata görə, Abdi Badip ölkənin cənubunda həyata keçirilən əməliyyat nəticəsində öldürülüb. Onun birgə terror qruplaşmasının daha 3 üzvü zərərsizləşdirilib. Əməliyyat zamanı bir ABŞ hərbçisinin həlak olduğu bildirilir.

Qeyd edək ki,  Somalidə “Əl Qaidə” ilə əlaqəli olan “Əş-Şəbab” terrorçu qruplaşması fəaliyyət göstərir. Qruplaşma ölkənin hakimiyyət orqanlarına qarşı silahlı mübarizə aparır.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama