Modern.az

Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib

Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib

23 Aprel 2011, 13:27

Aprelin 22-də Rusiya, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Sergey Lavrov, Elmar Məmmədyarov və Edvard Nalbandyan Moskvada işgüzar görüş keçiriblər. 
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, görüşdə bu il martın 5-də Soçidə əldə edilmiş razılaşmalara uyğun olaraq Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə əlaqədar aktual məsələlər müzakirə olunub.

Görüş mətbuatın iştirakı olmadan qapalı qapılar arxasında keçib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?