Modern.az

25 vətəndaş polisdən Ramil Usubova şikayət edib

25 vətəndaş polisdən Ramil Usubova şikayət edib

23 Aprel 2011, 13:43

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov martın 15-dən başlayaraq bölgələrdə vətəndaşların qəbulunu keçirir. Növbəti belə tədbir aprelin 23-də Lənkəran şəhərində olub.
DIN-in mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, həmin gün Şəhər-Rayon Polis Şöbəsində Lənkəran, Masallı və Cəlilabad rayonlarının bir qrup sakinini qəbul edən nazir onların müraciətlərini dinləyib, qaldırılan məsələlərin dərhal, operativ şəkildə həll edilməsi üçün aidiyyatı üzrə Baş İdarə və xidmət rəislərinə konkret tapşırıqlar verib.

Həmin gün qəbul edilən 25 vətəndaşın polisin fəaliyyəti ilə bağlı müraciətlərinin böyük əksəriyyəti yerindəcə öz həllini tapıb.  

General-polkovnik Ramil Usubov qalan ərizə və şikayətlərin də qüvvədə olan qanunvericilik çərçivəsində obyektiv araşdırılacağını və bu istiqamətdə müvafiq tədbirlərin görüləcəyini vurğulayıb.


Modern.az

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?