Modern.az

Tramp Lavrovu Ağ Evdə qəbul edəcək

Tramp Lavrovu Ağ Evdə qəbul edəcək

10 May 2017, 13:37

ABŞ prezidenti Donald Tramp mayın 10-da Vaşinqtonda Rusiya XİN rəhbəri Sergey Lavrovla görüşəcək.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, görüş Ağ Evdə baş tutacaq.

 

 4 il sonra ilk dəfə Vaşinqtona səfər edən Rusiya XİN-I Sergey Lavrov ABŞ-lı həmkarı Reks Tillerson ilə də bir araya gələcək.

 

 Lavrovun Vaşinqton səfərindəTürkiyə, Rusiya və İran arasında imzalanan Suriyada dörd təhlükəsiz zonasının yaradılması barədə müqavilənin gündəmə gətirilməsi gözlənilir.

 

Mirmahmud KAZIMOĞLU

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama