Modern.az

Suraxanı rayonunun hərbi komissarı həbs edilib

Suraxanı rayonunun hərbi komissarı həbs edilib

23 Aprel 2011, 20:44

Bakı şəhərinin Suraxanı rayonunun hərbi komissarı Təvəkkül Ağayev həbs edilib. Bakı Hərbi Məhkəməsindən verilən məlumata görə, Təvəkkül Ağayevə qarşı Respublika Hərbi Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) və 341.1-ci (hakimiyyətdən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. Bakı Hərbi Məhkəməsinin qərarı ilə onun barəsində həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, bu, sonbir ayda həbs edilən 2-ci hərbi komissardır. Belə ki, aprelin əvvəlində Binəqədi rayon hərbi komissarı Feyzi Ağabəyov də həbs edilmişdi. Bakı Hərbi Məhkəməsindən verilən məlumata görə, Ağabəyov rüşvət alma və hakimiyyətdən və ya qulluq mövqeyindən sui-istifadə etmə, hakimiyyət həddini aşma cinayətlərində ittiham olunub. Məhkəmənin qərarı ilə onun da barəsin də 2 aylıq həbs qərarı çıxarılıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?