Modern.az

Ufa Dövlət Neft Texniki Universitetinin rektoru BDU-da olub

Ufa Dövlət Neft Texniki Universitetinin rektoru BDU-da olub

10 May 2017, 15:48

Ufa Dövlət Neft Texniki Universitetinin rektoru, professor Ramil Baxtizinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub.

 

Qonağı universitetdə görməkdən məmnunluğunu ifadə edən rektor, akademik Abel Məhərrəmov BDU haqqında məlumat verib, onun beynəlxalq əlaqələrindən, təmsil olunduğu assosiasiya və birliklərdəki fəaliyyətindən danışıb.

 

Ufa Dövlət Neft Texniki Universitetinin rektoru, professor Ramil Baxtizin təmsil etdiyi universitetdən danışıb, BDU ilə əməkdaşlığın hər iki tərəfə fayda verəcəyinə əminliyini ifadə edib.

 

Təhsil və elm istiqamətində bir çox məsələlərin müzakirə olunduğu görüşdə birgə magistr, doktorant hazırlığı, müəllim-tələbə mübadiləsi, konfrans və simpoziumların keçirilməsi və s. kimi məsələlər müzakirə olunub. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama