Modern.az

Erməni müəllim 9 Mayı təhqir etdi - ruslar ayağa qalxdı

Erməni müəllim 9 Mayı təhqir etdi - ruslar ayağa qalxdı

11 May 2017, 09:53

Moskva Teatr İnstitunun erməni müəllimi 9 May qələbəsini və "ölümsüz alay"ı təhqir edib.

 

İstiPress-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, Filip Qriqoryan öz "Facebook" səhifəsində bu barədə yazıb. "9 Mayınız, öz alayınızla, dualarınızla cəhənnəm olun". O, fikrini isə əsəbi zəif olanlar üçün nəzərdə tutulmayan ədəbsiz foto ilə tamamlayıb. 

Erməninin bu fikirləri birmənalı qarşılanmayıb və hiddətə səbəb olub. Qriqoryan hətta o qədər qorxuya düşüb ki, sonradan fikirlərini silməyə məcbur olub. 

 

Bloger Pavel Kartaşev onu xəbis adlandırıb. "Yerində otursun və mumlasın. Təklif edirəm ki, onun tamaşalarını boykot edək".

 

Psixoloq Yuliya Steanova isə belə insanlara baş qoşmamağa çağırıb. "Onların özlərinin dünyası var. Belə psixoz fikirlər səsləndirdiklərinə görə o qədər də xoşbəxt deyillər. Mənim məsələn, heç vecimə də deyil, belə adamlar var, ya yox". 

 

9 May - faşizm üzərində Qələbənin 72 illiyi qeyd ediliib. Bu münasibətlə Rusiyada, Moskvada parad da keçirilib. 

 

Modern.az

 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama