Bakı Beynəlxalq Avtovağzal Kompleksi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansına verilib.
Nazirlikdən Modern.az-ın sorğusuna cavab olaraq faktı təsdiqləyiblər.
Rəsmi məlumatda bildirilib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəqliyyat sahəsində dövlət siyasətini həyata keçirən tənzimləyici mərkəz, icra hakimiyyəti orqanıdır. Bakı Beynəlxalq Avtovağzal kompleksi ölkənin vacib strukturlaru kimi nazirliyin diqqət mərkəzindədir”.
Əlavə olaraq bildirilib ki, mərkəzi icra hakimiyyəti orqanın Kompleksdə hansısa işlər aparması normaldır.
Qeyd edək ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksi Azərbaycan Respublikası prezidentinin İşlər İdarəsinin balansında idi.
Gülşən RAUFQIZI