Modern.az

Saatlıda daha bir zəlzələ oldu

Saatlıda daha bir zəlzələ oldu

11 May 2017, 11:07

Saatlı rayonu ərazisində daha bir yeraltı təkan qeydə alınıb.

Bu haqda Modern.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.  Məlumata görə  zəlzələ saat 10.50-də baş verib.

Maqnitudası 3.3 olan, 46 km dərinlikdə baş verən yeraltı təkan hiss olunmayıb.

 

Bu gün saat 07:24-də də Saatlı rayonu ərazisində zəlzələ qeydə alınıb.

Yeraltı təkanın maqnitudası 5.3, dərinliyi 39 km olub.

 

Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda isə 4-3 bala qədər hiss olunub.

 Zəlzələ Kürdəmir, Şamaxı, Ağsu, Hacıqabul, Sabirabad, Füzulidə də hiss olunub. 

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama