Mayın 11-də IV Həmrəyliyi Oyunları çərçivəsində Xəzər rayonu Şüvəlan qəsəbsəində yeləşən “Azal Arena”da keçirilən futbol yarışlarını izləmək istəyən tamaşaçıların, könüllülərin və digər şəxslərin rahat daşınmasını təmin etmək üçün xüsusi ekspress xətt fəaliyyətə başlayıb.
Bu barədə Modern.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev məlumat verib.
M.Ağayevin sözlərinə görə, bu xətt üzrə avtobuslar metronun Koroğlu stansiyasının qarşısından “Azal Arena”ya eləcə də əks istiqamətdə hərəkət edir. Bu məqsədlə 15 nəqliyyat vasitəsi ayrılıb.
Həmçinin mayın 11-nə keçirilən idman yarışları ilə əlaqədar Bakı kristal zalı, “Bayıl Arena” və Sərhədçi Olimpiya İdman Kompleksi istiqamətindən hərəkət edən marşrut xəttləri üzrə nəqliyyat vasitələrinin sayı artılıb.
Gülşən RAUFQIZI