Modern.az

Nazir: "Müəllimlərə dövlət qulluqçusu statusu veriləndə, 65 yaşına çatanlar pensiyaya göndəriləcək"

Nazir: "Müəllimlərə dövlət qulluqçusu statusu veriləndə, 65 yaşına çatanlar pensiyaya göndəriləcək"

24 Aprel 2011, 19:03

Prezidentin İlham Əliyev bir neçə gün öncə dövlət büdcəsindən maliyyələşdirilən təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsinin hazırlanması barədə sərəncam imzalayıb.
Sərəncamla Nazirlər Kabinetinə tapşırılıb ki, dövlət büdcəsindən maliyyələşdirilən təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. 

Məsələni şərh edən təhsil naziri Misir Mərdanov bazar günü jurnalistlərə açıqlamasında deyib ki, müəllimlərin dövlət qulluqçusu statusunu alması mərhələlərlə həyata keçiriləcək.
”Bununla müəllimlər xüsusi dövlət qulluqçusu statusu alacaq. Əlbəttə bu barədə əlavə düşünmək lazım olacaq” –deyə  Misir Mərdanov bildidirib.
Prezidentin sərəncamından danışan nazir deyib ki, sözügedən konsepsiya hazırlanarkən orada təhsil işçisinin əməkhaqqı, pensiya məsələsi nəzərə alınacaq.
“Burada yaş senzi də nəzərə alınacaq. Bu barədə qərar gözləyirik. Söhbət gedir ki, 65 yaşından yuxarı təhsil müəssisəsində işləyən olmasın və bu yaşdan sonra müəllimlər pensiyaya getsin. Hazırda təxminən 30 minə yaxın belə müəllim var. Ilk mərhələdə dövlət qulluqçusu statusunun bütün müəllimlərə şamil olunacağı ilə bağlı sərəncam imzalanandan sonra bu barədə geniş danışmaq olacaq” - deyə nazir qeyd edib.

Qeyd edək ki, prezident İlham Əliyev də bir neçə gün öncəki açıqlamasında 2006-cı ilə qədər pensiyaya çıxanların pensiya təminatı yaxşılaşdırılacaq.
”Eyni zamanda, digər başqa həvəsləndirici amillərdən də istifadə etmək olar ki, pensiya yaşına çatanlar pensiyaya çıxsınlar...
...Bizdə heç kim pensiyaya çıxmaq istəmir. Hamı, demək olar, əksəriyyət istəyir ki, vəzifələrdə axıra qədər işləsinlər. Beləliklə, həm dediyiniz məsələ ortaya çıxır, eyni zamanda, iş yerləri də boşalmır. Bu, daimi proses olmalıdır, gənc kadrlar üçün iş yerləri olmalıdır. Hər bir vətəndaş bilməlidir ki, müəyyən yaşa çatandan sonra pensiyaya getməlidir, o vəzifədən, o işdən yapışmamalıdır. Pensiya təminatı da elə olmalıdır ki, onu qane etsin. Ona görə bu məsələ ilə bağlı bir müddət əvvəl mənim tərəfimdən ümumi göstəriş verilmişdir ki, yaşı çatmış insanların pensiyaya çıxması ilə əlaqədar çox ciddi və dəqiq siyasət aparılsın ki, bu proses müsbət istiqamətdə getsin”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?