Modern.az

Polisimiz dünya kuboku qazandı - FOTO

Polisimiz dünya kuboku qazandı - FOTO

11 May 2017, 13:06

Mayın 6-dan 8-dək Belçikada karatenin pentaksilat növü üzrə bu ölkənin açıq birinciliyi və dünya kuboku uğrunda  yarış keçirilib. Əlbəyaxa döyüşçülərimiz bu yarışda yüksək nəticələr əldə ediblər.

 

Bu haqda Modern.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

 

Bu yarışlar əvvəlki illərdə olduğundan iştirakçı dövlətlərin və idmançıların çoxluğu ilə fərqlənib.

 

Millimizin heyətində təmsil olunan Əlahiddə Çevik Polis Alayının  polis nəfəri, polis serjantı Loğman Mirzəyev ən ağır çəkili  idmançılar arasında üç döyüş keçirib.

 

Əvvəlcə Niderland, daha sonra Fransa idmançısı ilə qarşılaşmalardan qalib kimi ayrılan təmsilçimizin finaldakı rəqibi Böyük Britaniya komandasının üzvü olub. Baş mükafatın taleyi uğrunda həlledici görüşü də qələbə ilə başa vuran Loğman qızıl medal və dünya kubokunu qazanıb.

 

Əvvəllər dəfələrlə ölkə və Avrasiya çempionu olan idmançımız fiziki hazırlığı ilə yanaşı, təhsilini də artıran təmsilçimiz DİN-in Polis Akaemiyasının V kurs kursantıdır.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama