Modern.az

Azərbaycanın Müdafiə Nazirliyindən erməni operatorun yaralanması xəbərinə reaksiya

Azərbaycanın Müdafiə Nazirliyindən erməni operatorun yaralanması xəbərinə reaksiya

11 May 2017, 13:23

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan kütləvi informasiya vasitələrində cəbhə xəttində Ermənistanın “Şant” televiziya şirkətinin operatorunun bölmələrimiz tərəfindən açılan atəş nəticəsində yaralanması barədə xəbərə cavab verib.

Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən açıqlamada deyilir:

“Ermənistan hərbi texnikasının kamuflyaj rənginə uyğun maskalanmış, üzərində media və ya hər hansı mülki təşkilata aid heç bir fərqləndirici nişanı olmayan, “Şant” televiziyasına məxsus olduğu iddia edilən nəqliyyat vasitəsindən mövqelərimiz istiqamətində açılan atəşə qarşı bölmələrimiz tərəfindən müvafiq cavab tədbirləri görülüb.

Eyni zamanda onu da bildiririk ki, Silahlı Qüvvələrimiz düşmənin yalnız hərbi güc, vasitə və digər hərbi təyinatlı obyektlərinə qarşı cavab tədbirləri görür”.




Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama