Azərbaycanın tələbə könüllüləri Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün cidd-cəhdlə hazırlaşır.
Təhsil nazirliyindən Modern.az-a verilən məlumata görə, onlar IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin dəstəyi ilə müxtəlif təlimlərə cəlb edilir və şəxsi bacarıqlarını artırırlar. İslam Oyunları Əməliyyat Komitəsinə 8513 nəfər könüllü cəlb olunub. Oyunların açılış və bağlanmış mərasiminə isə 3077 nəfər könüllünün xidmətindən istifadə olunacaq.
Tələbə könüllülər indiyədək ölkəmizdə keçirilən irimiqyaslı idman tədbirlərində yaxından iştirak ediblər. Belə ki, Bakıda keçirilmiş I Avropa Oyunlarında 15 min, “Formula 1” Avropa Qran Prisinin təşkilinə 42 ali təhsil müəssisəsi və 28 kolleci təmsil edən 3500-dən artıq tələbə-könüllü cəlb olunub.
Təhsil Nazirliyinin təşəbbüsü ilə tələbələrin könüllü fəaliyyətinistimullaşdırılması məqsədilə“BİR” Tələbə-Könüllü Proqramı yaradılıb. Tələbələrin asudə vaxtının səmərəli təşkilini, müxtəlif tədbir və təlimlərdə iştirakını təmin edən, yardıma ehtiyac duyan şəxslərə köməklik göstərilməsində fəal olan bu Proqram 6 müxtəlif istiqamətdə (Öyrən, Öyrət, Yaşa, Yaşat, Kəşf Et, Zövq Al) fəaliyyət göstərir. “BİR” Tələbə-Könüllü Proqramı Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki və Lənkəran şəhərlərində fəaliyyət göstərən 18 ali təhsil müəssisəsini əhatə etməklə, tələbə-könüllülərlə işin sistemləşdirilməsi və tələbə-könüllülərin dövlət əhəmiyyətli tədbirlərdə iştirakını təmin etmək məqsədi ilə fəaliyyət göstərən uzunmüddətli proqramdır. İndiyə qədər “BİR” Tələbə-Könüllü.Könülləri vahid məlumat bazasında birləşdirən proqram onların fəaliyyətinin yönəldilməsinə kömək edir. Hazırda proqram 7 mindən ibarət baza formalaşdırıb.
Namidə BİNGÖL