Modern.az

Bakı-2017: Kamerun yenə də bərabərə qaldı

 Bakı-2017: Kamerun yenə də bərabərə qaldı

11 May 2017, 14:47

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında futbol yarışının qrup mərhələsinin oyunları davam edir.

 

Millimizin də yer aldığı A qrupunda Kamerun və Mərakeş yığmaları üz-üzə gəliblər.

Bundan əvvəl Azərbaycanla qolsuz bərabərə qalan Kamerun kollektivi bu dəfə də meydandan sülhlə ayrılıb - 1:1.

 

Xatırladaq ki, birinci turda Mərakeş futbolçuları Səudiyyə Ərəbistanı komandasını minimal hesabla məğlub etmişdilər.

 

Qeyd edək ki, açılış günü mayın 12-də baş tutacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla, 20 idman növü üzrə keçiriləcək.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama