Modern.az

Vəkil ömürlük məhkumların səhhətinin pisləşdiryini bəyan etdi

Vəkil ömürlük məhkumların səhhətinin pisləşdiryini bəyan etdi

11 May 2017, 17:52

Vəkil Elçin Sadıqov Penitensiar Xidmətin Qobustan Həbsxanasında ömürlük siyasi məhbuslar Elçin Əmiraslanov, Səfa Poladov və Arif Kazımovla görüşüb.

Bu haqda Modern.az-a məlumat verən E.Sadıqov müvəkkillərinin səhhətinin yaxşı olmadığını qeyd edib:

“Xüsusilə Elçin Əmiraslanovun səhhəti çox pisdir . Elçin bildirdi ki, ona heç bir tibbi yardım göstərilmir, müalicə müəssisəsinə köçürülmür”.

E.Sadıqov Elçin Əmiraslanovun cəza çəkdiyi müddətdə hepatit C virusu ilə yoluxdurulması barədə şikayətlərin Baş Prokurorluq tərəfindən araşdırılmadığını deyib. Qurum bu araşdırmanı Penitensiar Xidmətə həvalə edib, sonuncu da heç bir araşdırma aparmayıb. Bununla bağlı yenidən şikayət edəcəyik”.

Təqsirləndirilən şəxslər-Elçin Əmiraslanov, Səfa Poladov və Arif Kazımov 1996-cı ildə ölüm cəzasına məhkum edilib. 1997-ci ildə onların cəzaları ömürlük azadlıqdan məhrumetmə ilə əvəz olunub.

 

Gülşən RAUFQIZI

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama