Modern.az

Həndbolçularımız yarımfinala yüksəldi

Həndbolçularımız yarımfinala yüksəldi

11 May 2017, 18:09

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qadın həndbolçular arasında qrup mərhələsinin oyunları başa çatıb.

 

Modern.az xəbər verir ki, bu mərhələnin son oyununda buna qədər bütün matçlarda qələbə qazanan Azərbaycan və Türkiyə yığmaları qarşılaşıblar.

 

Həlledici oyunda türkiyəli idmançıların müqavimətini qıran həndbolçularımız 27: 22 hesablı qələbə qazanaraq qrup birincisi kimi yarımfinala yüksəliblər.

 

Yarımfinalda Azərbaycan Özbəkistan, Türkiyə isə Kamerunla üz-üzə gələcək.

 

Yarımfinal görüşləri mayın 13-də keçiriləcək.

 

Mirmahmud KAZIMOĞLU

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama