Modern.az

Eurovision-2011”in keçirilməsinə ayrılan pulun miqdarı açıqlanıb

Eurovision-2011”in keçirilməsinə ayrılan pulun miqdarı açıqlanıb

25 Aprel 2011, 11:13

Almaniyanın Düsseldorf şəhərində baş tutacaq “Eurovision-2011” müsabiqəsininin təşkili və keçiriməsinə 23-25 milyon avro xərclənəcək. Modern.az müsabiqənin rəsmi saytına istinadən bildirir ki, müsabiqənin təşkilatçısı olan Avropa Yayım Birliyi (EBU) 3,8 milyon ayırıb. Almaniyada müsabiqənin təşkill etmə hüququnu qazanmış yerli NDR teleşirkəti isə 12 milyon avro ayırıb. Təşkiltçılar yerdə qalan xərcləri digər xərcləri isə sponsorların  ödəmələri ilə bağlamaq niyyətindədirlər.

Bu məbləğ ötən İl Norveçdə keçirilmiş müsabiqəyə sərf olunan vəsaitə yaxındır.

Bu arada Düsseldorfun meri Dirk Elsbers “Eurovision-2011” Mahnı Müsabiqəsi həftəsinin gündəliyini açıqlayıb. Mayın əvvəlindən şəhərdə müxtəlif promo-aksiyalar start götürəcək. Şəhər administrasiyası bu tədbirlər üçün 7.8 milyon avro vəsait ayırıb.  Mayın 7-də keçiriləcək “Bilk ist auf der Rolle” açıq hava festival keçiriləcək. “Eurovosion-2011” yarışmasının himnini ifa edən “Bilk” kollektivi də bu festivalda iştirak edəcək.

“Eurovision-2011” müsabiqəsinin final günü, mayın 14-də isə tamaşaçıları şouların ən möhtəşəmi gözləyir. 

Modern.az

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?