“Eurovision-2017” mahnı müsabiqəsinin ikinci yarımfinalı yekunlaşıb. Modern.az xəbər verir ki, Kiyevdə keçirilən yarışmanın ikinci yarımfinalında 18 ölkə mübarizə aparıb. Çıxışlardan sonra keçirilən səsvermənin nəticələrinə görə, finala Bolqarıstan, Belarus, Xorvatiya, Macarıstan, Danimarka, İsrail, Rumıniya, Norveç, Niderland və Avstriya təmsilçiləri çıxıb.
Qeyd edək ki, ilk yarımfinalda isə Azərbaycan, Moldova, Yunanıstan, İsveç, Portuqaliya, Polşa, Avstraliya, Kipr, Belçika və Ermənistan daha çox səs toplayıb. Finala birbaşa vəsiqə qazanan ölkələr isə Ukrayna və “böyük beşlik” ölkələri Fransa, İtaliya, Almaniya, İspaniya və Böyük Britaniyadır.
23:47
“Eurovision-2017” mahnı müsabiqəsinin ikinci yarımfinalı başlayıb. Modern.az xəbər verir ki, Ukraynanın paytaxtı Kiyevdə, Beynəlxalq Sərgi Mərkəzində keçirilən yarışmanın ikinci yarımfinalında 18 ölkə mübarizə aparıb. İkinci yarımfinalda Serbiya, Avstriya, Makedoniya, Malta, Rumıniya, Hollandiya, Macarıstan, Danimarka, İrlandiya, San Marino, Xorvatiya, Norveç, İsveçrə, Belarus, Bolqarıstan, Litva, Estoniya və İsrail nümayəndələri çıxış edəcək. Yarışmanın sonunda isə mayın 13-də keçiriləcək final mərhələsinin bütün iştirakçıları bəlli olacaq.
Qeyd edək ki, Azərbaycanı “Eurovision-2017” mahnı müsabiqəsində “Skeletons" mahnısı ilə təmsil edən Diana Hacıyeva mayın 9-da birinci yarımfinalda çıxış edərək finala vəsiqə qazanıb.
Modern.az