Modern.az

23 ildir "atəşkəs" olsa da, atəş kəsilmir

23 ildir "atəşkəs" olsa da, atəş kəsilmir

12 May 2017, 01:00

Azərbaycanla Ermənistan arasında atəşkəs elan edilməsindən 23 il ötdü. Modern.az xəbər verir ki, 1994-cü il mayın 8-də tərəflər arasında atəşkəsin əldə edilməsi barədə imzalanmış «Bişkek protokolu» mayın 12-də qüvvəyə minib. Cəbhə xəttində aktiv hərbi əməliyyatlar həmin gündən dayandırılıb. Azərbaycan və Ermənistan arasında atəşkəsin imzalanması ilə bağlı təkliflə 1994-cü il mayın 4-də Rusiya çıxış edib. Qırğızıstanın paytaxtı Bişkekdə MDB Parlamentlərarası Assambleyasının (MDB PA) iclasında Rusiya atəşkəs haqqında sazişin layihəsini tərəflərə təqdim etsə də, Ermənistan-Azərbaycan danışıqları nəticə verməyib. Mayın 19-da isə atəşkəs müqaviləsinin həyata keçirilməsinə nəzarət məqsədilə ATƏT-in Dağlıq Qarabağ üzrə daimi komitəsi yaradılıb. Amma bu gün də cəbhədə hər gün atəş səsləri eşidilir. Yenə də əsgərlərimiz düşmən gülləsindən həlak olur.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...